AVRO-2020 bir il müddətinə təxirə salınır –Qərar elan olunacaq

AVRO-2020 koronavirus epidemiyası üzündən bir il sonraya təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, Fransanın “Ekip” nəşri belə bir iddia ilə çıxış edib.

Avropanın nüfuzlu nəşrlərindən birindən olan həmkarlarımız UEFA-nın planlarını əldə edib. Bildirilir ki, martın 17-də AVRO-2020-nin 2021-ci ilin yayında təşkil olunacağı ilə bağlı qərar elan olunacaq.

Bu, 55 milli assosiasiyanın nümayəndələri, həmçinin Avropa klublar Assosiasiyası və digər maraqlı tərəflərin iştirakı ilə baş tutacaq videokonfransda gerçəkləşəcək.

Yarışın vaxtının dəyişdirilməsi üçün UEFA FİFA ilə də razılıq əldə etməlidir. Çünki 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub.

Qeyd edək ki, 4 oyunu Bakıda keçiriləcək AVRO-2020 iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Trampın dünyaya və amerikalılara koronovirusla bağlı müraciəti –

Sonrakı məqalə

Azərbaycanda benzinin qiyməti ucuzlaşdı –