Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

Azərbaycan əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (APA)

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avro-2020”də bombardirlərin son SİYAHISI

Sonrakı məqalə

AVRO-2020-nin oyunlarına bu TV-lərdə baxa bilərsiniz –