Avro-2024:Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.

Türkiyə millisinin futbolçusu Mərt Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.

“Fənərbağça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.

“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.