Avro-2024:Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Günün ilk qarşılaşması Fransa və Belçika yığmaları arasında olacaq. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığma komandaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.