Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Avro-2024-ə ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə bilər.

Qitə çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq. Münhen şəhərində yerləşən “Alyants Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.