AVRO-2024-ün ən yaxşı qolu müəyyənləşdi –VİDEO

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.

Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.

16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.