“Avropa ABŞ olmadan özünü müdafiə edə bilməz“.
AzPost bildirir ki, bu sözləri NATO-nun Baş Katibi Mark Rutte Avropa Parlamentinin deputatları qarşısında çıxışında deyib.
Rutte deyib ki, Avropanın və ya Aİ-nin ABŞ-ın iştirakı olmadan öz müdafiəsini təmin edə biləcəyi fikrini qeyri-real hesab edir: “Muxtar Avropa müdafiəsi” ssenarisindən çıxış etsək belə Aİ ölkələri hərbi xərcləri ÜDM-in təxminən 10%-nə qədər artırmalı, milyardlarla avro sərmayə qoymalı və öz nüvə imkanlarını inkişaf etdirməli olacaqlar.
O, ABŞ-ın NATO-ya ehtiyacı olduğu kimi, Avropanın da ABŞ-a ehtiyacı olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişiklik olsa belə, Avropada çox güclü Amerika hərbi varlığı həmişə qalacaq.