Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət
User 10 May 2022 - 18:15 (Last updated: 21 May 2025 - 20:15)
avropa

Avropa Azərbaycanlıları Konqresi (AAK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Şəxsiyyət və zaman” mövzusunda video-formatda konfrans keçirib.

Tədbirdə AAK üzvləri, dost təşkilatların rəhbərləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan və Türkiyənin deputatları, Avropa ölkələrində akkreditə olunan bəzi səfirlər iştirak ediblər.

Tədbiri Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov giriş sözü ilə açıb. O vurğulayıb ki, təşkilat üzvləri bu yaxınlarda işğaldan azad olunmuş bölgələrə səfər edİblər. S.Qasımov bildirib ki, bu gün Qarabağ azad olduğuna görə ulu öndərin ruhu şaddır.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz çıxışında ümummilli lider Heydər Əliyevin keçdiyi tarixi yola nəzər salıb, Sovetlər İttifaqının son illərində Moskvada tarixi çıxışını xatırlayıb.

Şamil Ayrım eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ulu öndərin müstəsna rolunu qeyd edərək bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycana qələbə gətirdi, Qarabağın öz sahibinə qovuşmasına səbəb oldu.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı isə öz çıxışında ümummilli lider Heydər Əliyevin ictima-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib.

Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkədə dövlət quruculuğu prosesinin yeni nümunəsininin yarandığını bildirib.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, ümummilli lider hər zaman Azərbaycan və ümumilikdə türk dünyasının mədəniyyətinə böyük qayğı ilə yanaşıb: “Heydər Əliyev böyük fikir adamı olub, daim görkəmli ədiblərimizin xatirə gecələrində iştirak edib, Azərbaycan ədəbiyyatına xüsusi dəyər verib”.

Videokonfrans zamanı digər çıxışçılar da ulu öndərlə olan xatirələrini bölüşərək növbəti il Heydər Əliyevin 100 illiyinin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıblar.

Sonda Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay vurğulayıb ki, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü ulu öndərin xarici ölkələrdə yaşayan soydaşlarımızın birləşməsi üçün istiqamət verən ən böyük mirasdır.

Post navigation

Previous: Türkiyə və Qazaxıstan dövlət başçıları arasında görüş olub
Next: Azərbaycanda son sutkada 6 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.