Avropa Birliyi Belarusa qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır

Avropa Birliyi ABŞ-ın ardınca Belarusa qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.

AzPost-un məlumatına görə, bu barədə Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas bildirib.

“Biz strateji məqsədlərimizi nəzərə alırıq. Bunlardan biri də təcavüzkara və onunla əlbir olanlara təzyiq göstərməkdir. Buna görə də sanksiyalar tətbiq etmişik. Bu, bizim siyasətimizdir”, – deyə o bildirib.

13 dekabrda ABŞ Belarusun “Belaruskali” şirkətinə qarşı sanksiyaların ləğvini elan edib. Bundan sonra Belarus hakimiyyəti 123 siyasi məhbusu azadlığa buraxıb.

Belarus kaliumuna qarşı AB sanksiyaları qüvvədə qalır və əvvəllər Belarus kaliumunun qlobal bazara ixrac edildiyi Litva da milli məhdudiyyətlər tətbiq edir.
Sanksiyaların tətbiq olunduğu 2021-ci ilə qədər kalium ixracından əldə edilən gəlir bütün Belarus ixracatının təxminən beşdə birini təşkil edirdi. Belarus ABŞ bazarına kalium gübrələrinin ən yaxşı üç tədarükçüsündən biri idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.