Avropa Birliyi Lukaşenkonun ailə üzvlərinə sanksiya tətbiq edib

Avropa Birliyinin (AB) xarici işlər nazirləri Belarusun onlarla rəsmisi və qurumuna yeni sanksiyaları təsdiqləyib.

Ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonun ailə üzvləri də onların sırasındadır.

78 fərd və 8 qurumun salındığı siyahının iyunun 21-də AB-nin rəsmi jurnalında dərc olunacağı gözlənilir. Siyahıda deputatlar, prokurorlar, hakimlər və digər rəsmilərin adları var. AB onları ciddi insan haqları pozuntularında, hüququn aliliyinə ciddi ziyan vurmaqda ittiham edir.

Lukaşenkanın oğlu Dmitri, böyük oğlunun həyat yoldaşı Liliyanın adları da sanksiya siyahısına salınıb. Siyahıda olanların “Lukaşenka rejimindən faydalandığı və onu dəstəklədiyi” bildirilir.

Sanksiyalara aktivlərin dondurulması, viza qadağaları daxildir.

AB rəsmiləri Belarus iqtisadiyyatına zərbə vurmağı hədəfləyən daha geniş tədbirlərə də hazırlaşır. Blokun xarici siyasət rəhbəri Jozep Borel Luksemburqda görüş öncəsi jurnalistlərə deyib ki, “daha geniş, yeni sanksiyalar paketini təsdiqləyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur jurnalist Pozner jurnalistika fakultələrinin ləğv olunmasını təklif edib

Sonrakı məqalə

MEDİA-nın icraçı direktoru “Aljazeera” Media İnstitutunun nümayəndələri ilə görüşüb