Məşhur jurnalist Pozner jurnalistika fakultələrinin ləğv olunmasını təklif edib

Məşhur rus jurnalisti, teleaparıcı Vladimir Pozner ali məktəblərdə jurnalistika fakultələrinin ləğv olunmasını təklif edib.

Azpost.info bildirir ki, o bu barədə özünün rəsmi səhifəsində suallara cavab verərkən qeyd edib.

Poznerin sözlərinə görə, insana yazı yazmağı, rəsm çəkməyi, not oxumağı öyrətmək olar: “Amma ona yazıçı, rəssam və bəstəkar olmağı öyrətmək mümkün deyil. Jurnalistika da belədir:Əsl jurnalist müəyyən istedadı ilə doğlulmalıdır”.

“Mən jurnalistika fakultələrinin ləğv olunmasını istəyirəm. Əvəzində ali təhsilli, müəyyən həyat təcrübəsi olan, jurnalist peşəsi ilə məğul olmağı qərara alanlar üçün Juranlist Məktəbləri açmaq olar”-deyə Pozner vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrov Ermənistandakı seçkilərin Qarabağa təsirindən danışdı:

Sonrakı məqalə

Avropa Birliyi Lukaşenkonun ailə üzvlərinə sanksiya tətbiq edib