Avropa Birliyinin Ali nümayəndəsi İran XİN rəhbəri ilə telefonla danışdı

Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas İran xarici işlər naziri Abbas Araqçi ilə telefon danışıb.

Azpost.info bildirir ki, tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regional vəziyyəti müzakirə edib.

Nazir Tehranın Fars körfəzi bölgəsindəki və Hörmüz boğazındakı mövcud vəziyyəti ABŞ-ın İrana qarşı tətbiq etdiyi müharibənin birbaşa nəticəsi kimi gördüyünü və digər dövlətləri münaqişəyə cəlb etmək cəhdlərinin potensial təhlükəli nəticələri barədə xəbərdarlıq etdiyini qeyd edib.

O, həmçinin qeyd edib ki, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr də ABŞ və İsrailin hərbi əməliyyatlarının nəticəsidir.

Öz növbəsində Kallas münaqişənin təhlükəsizlik, humanitar və iqtisadi nəticələri ilə bağlı ciddi narahatlığını ifadə edərək, Avropa Birliyinin müharibəyə dərhal son qoyulması zərurəti ilə bağlı mövqeyini bir daha vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.