“Biz Avropa ilə döyüşmək niyyətində deyilik, amma Avropa bizimlə döyüşmək istəyirsə, biz hazırıq“.
AzPost bildirir ki, bu barədə Rusiya prezidenti Putin jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa Ukrayna ilə bağlı Rusiya üçün qəbuledilməz olan sülh planı təklifləri irəli sürür.
“Avropa İttifaqı ABŞ və Trampın sülhə nail olmasına fəal şəkildə mane olur”-deyən Putin vurğulayı ki, Avropa özü -özünü Ukrayna ilə bağlı nizamlama prosesindən kənarda qoyub. O, avropalıların sülh gündəliyinin olmadığını və hazırda ABŞ-ın münaqişənin həlli səylərinə mane olduğunu vurğulayıb.
Putin bildirib ki, Qara dənizdə tankerlərə edilən hücumlara cavab olaraq Rusiya Ukrayna limanlarına və onlara yaxınlaşan gəmilərə qarşı zərbələri gücləndirəcək.
“Rusiya Ukraynada cərrah kimi davranır: Bu, sözün hərfi mənasında müharibə deyil”-deyə Putin bildirib.