Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb –FOTO - VİDEO

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi vətənə dönüb.

APA xəbər verir ki, yığmanı daşıyan təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.

Futbolçuları azakeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri, incəsənət ustaları və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, iyunun 11-də Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionundan üstün olaraq tarixi ilkə imza atıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.