Avropa İttifaqı “Drujba” neft kəmərinə tarif tətbiq edə bilər

Avropa İttifaqı Macarıstan və Slovakiyanı neftlə təmin edən Rusiyanın “Drujba” kəmərinə tariflər tətbiq edə bilər.

AzPost bildirir ki, bu barədə Bloomberg məlumat verib.

Agentlik xəbər verir ki, “Drujba” kəməri ilə bağlı tədbirlər Aİ-nin yeni sanksiyalar paketindən ayrıca müzakirə edilir. Qeyd olunur ki, sanksiyalardan fərqli olaraq tariflər Aİ-də yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilə bilər.

Bloomberg vurğulayır ki, belə tədbirlər Trampın tələbinə də cavab verir. ABŞ Aİ-nin Rusiya neft və qazından tamamilə imtina etməsini gözləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.