Avropa İttifaqı Ermənistana 270 milyon avro ayıracaq

Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl keçirilmiş brifinqdə bildirib.

O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq. Vəsait Ermənistanda kiçik və orta sahibkarlığı dəstəklənməsi üçün nəzərdə tutulub: “Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik”.

Leyen Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün Aİ-ni səylərinə qoşulduğu üçün İrəvana  təşəkkür edib.

Azpost.info

Əvvəlki məqalə

Yaponiyadan Rusiyaya yeni sanksiya

Sonrakı məqalə

Qaradağ və Salyanda yerləşən bu torpaq sahəsi Ələt iqtisadi zonasına verilib –