Avropa ittifaqı Gürcüstana maliyyə yardımı ayırmayacaq

Avropa İttifaqı 2025-ci ilin yekunlarına əsasən Gürcüstana 120 milyon avro məbləğində maliyyə yardımı ayırmayacaq. AzPost xəbər verir ki, bu barədə Avropa Komissiyası açıqlama verib.

Bildirilib ki, sözügedən vəsait hələ 2024-cü ildə Brüsselin qərarı ilə dondurulmuşdu. Avropa İttifaqı Gürcüstanın demokratik institutlar və idarəetmə sahəsində müəyyən edilmiş meyarlara cavab vermədiyi qənaətinə gəlib. Həmin vaxtdan etibarən vəsaitin yenidən ayrılması məsələsi müzakirəyə çıxarılmayıb.

Avropa Komissiyasında qeyd olunub ki, 2025-ci il üçün Aİ büdcəsindən Gürcüstana hər hansı maliyyə dəstəyi nəzərdə tutulmayıb. Bununla da ölkə cari maliyyə dövründə gözlədiyi vəsaiti əldə etməyəcək.

Gələn il üçün perspektivlər də qeyri-müəyyən qiymətləndirilir. Brüsseldə 2026-cı ildə maliyyə yardımının bərpasının ehtimalının aşağı olduğu bildirilir. Qərarın Gürcüstandakı siyasi vəziyyət və Avropa İttifaqının əsas tələblərinə uyğunluq qiymətləndirməsi ilə birbaşa əlaqəli olduğu vurğulanır.

Qeyd edək ki, Aİ-nin maliyyə dəstəyində yaranan fasilə Tbilisi ilə Brüssel arasında münasibətlərdə müşahidə olunan soyumanı daha da dərinləşdirir və bu proses artıq ikinci ildir davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.