“Avropa İttifaqı Kiyevi “Rusiyanın ürəyinə” zərbə endirməyə çağırıb”- LAVROV

“Avropa İttifaqı Ukraynaya “Rusiyanın ürəyinə” zərbə endirməyi tövsiyə edib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa İttifaqı Ukraynaya rusların hökumətə inamını sarsıtmaq və iğtişaşlar yaratmaq üçün uzaqmənzilli raketlərin köməyi ilə “Rusiyanın ürəyinə” zərbə endirməyi tövsiyə edib. Bunu Avropa xarici siyasət xidməti təklif edib, çünki Ukraynanın hazırda mübarizə apardığı üsulların Rusiyanı məğlub edə bilməyəcəyi və Kiyevin uduzacağı məlum olub”, – Lavrov deyib.

Onun sözlərinə görə, Moskvanın Qərbə münasibətdə xoşməramlı jestlər limiti tükənib.

Azpost.info

Əvvəlki məqalə

Əli Əsədov Baş nazir təyin edildi –

Sonrakı məqalə

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?