Avropa İttifaqı ölkələri potensial müharibəyə hazırlaşmalıdırlar- BORREL

“Avropa İttifaqı ölkələri potensial müharibəyə hazırlaşmalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

“Şübhəsiz ki, qarşımızda müharibə var. Ukraynadan kənarda tammiqyaslı hərbi münaqişə artıq xülya deyil”,- Borrel deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizliyi həm Ukraynada davam edən hərbi əməliyyatlar, həm də Aİ-yə üzv dövlətlərə qarşı hibrid hücumlar vasitəsilə Rusiya tərəfindən təhdid edilir.

Borrel qeyd edib ki, Avropa təhlükəsizliyə əlavə investisiya tələb edən ekzistensial böhranla üz-üzədir: “Bizə avrozonanın maliyyə böhranı zamanı yaratdığımızla müqayisə edilə bilən yeni hökumətlərarası maliyyələşdirmə mexanizmi lazımdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.