Avropa İttifaqı prezident Lukaşenkoya və oğluna sanksiya tətbiq etdi

Avropa İttifaqına üzv ölkələrin liderləri Belarus prezidenti Aleksandr Lukaşenko və antihökumət etirazlarına qarşı zoraklıqda ittiham olunan daha 14 Belarus rəsmisi üzərinə sanksiyaların qoyulması barədə razılığa gəliblər.

Beləliklə, Avropa İttifaqının 27 üzvü Lukaşenko, habelə onun oğlu Viktor və daha 13 rəsmi üzərinə sanksiya qoyulmasına razılıq verib. Almaniyanın DPA agentliyinin verdiyi məlumata görə bu sanksiyalar noyabrın 6-dan qüvvədə olacaq.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçksinin nəticələri elan ediləndən bəri bu ölkədə Lukaşenkonın istefasını tələb edən etiraz aksiyaları ara vermir. Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını iddia edir. Son prezident seçkisində rəsmi nəticələrə görə Lukaşenko qalib gələrək 6-cı dəfə prezident seçilib.

Avropa İttifaqı bundan əvvəl qəbul etdiyi sanskiya siyahısına 66 yaşlı Lukaşenkanı daxil etməmişdi. Ötən ay Belarusda etiraz aksiyalarına qarşı zorakılqı törədilməsində şübhəli bilinən 40-dək rəsmiyə sanksiyalar qoyulmuşdu.

Lukaşenkonun oğlu da siyahıdadır

AFP agentliyi xəbər verir ki, Avropa İttifaqı habelə Lukaşenkonın oğlanlarından biri – Viktorun üzərinə sanksiyalar qoyub. O Belarusda milli təhlkəsizlik müşavirlərindən biri kimi fəaliyyət göstərir.

Aleksandr Lukaşenko hələ seçkidən əvvəl bir sıra prezidentliyə namziədləri həbs etdirmişdi. O seçkidən sonra müxalifətin koordinasiya şurasının üzvlərinə qarşı zorakılıq aktlarına qərar vermişdi. Prezident seçkisində müxalifətin lideri Sveatlana Tixanovskaya qonşu Litvaya qaçmağa məcbur edilib. Koordinasiya Şurasının daha bir qadın üzvü – Kolesnikova həbs edilib.

Avropa İttifaqı hələ avqust ayıbda Belarus seçkisinin nəticəsini tanımadığını bəyan etmişdi.

İttifaq habelə bildirmişdi ki, Lukaşenkonu legitim prezident hesab etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Teledərslərin noyabrın 5-nə olan cədvəli