Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab göndərib

User 12 İyun 2023 - 16:34 (Last updated: 21 May 2025 - 20:15)
avropa

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş etmişdi.

İcmadan  verilən məlumata görə, Aİ bu müraciətlərə rəsmi cavab verib. Cavabda Aİ bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir:

“Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında və regionda sülh və sabitliyin təşviqində mühüm rol oynayır.

Biz hesab edirik ki, Aİ-nin azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Aİ ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik və birgəyaşayışı təşviq etmək üçün Aİ ilə sıx əməkdaşlıq etməyə sadiq qalır” – İcmanın məlumatında qeyd edilib.

Post navigation

Previous: Ukraynada Qələbə Günü 8 mayda qeyd olunacaq
Next: Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
2027-ci ildə Bakı İslam dünyasının mühüm siyasi toplantılarından birinə ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı...
Read more about Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.