Avropa İttifaqı ölkələri oliqarxlarlar başda olmaqla, sanksiyalara məruz qalan rusların 30 milyard avroya yaxın aktivlərini dondurub.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, dondurulmuş 29,5 milyard avro dəyərində aktivlərə yaxtalar, helikopterlər, mülklər, sənət əsərləri və s. daxildir. Həmçinin, təxminən 196 milyard avroluq maliyyə əməliyyatları bloklanıb.
Azpost.info