Avropa İttifaqı Rusiyanın pullarını qaytarmayacaq

Avropa
Avropa

“Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməyiblər. Lakin Moskva Ukraynaya dəyən bütün zərərləri ödəməyənə qədər onları geri qaytarmamaq barədə razılığa gəliblər”.

Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas deyib.

“Bizə daha aydın strategiya lazımdır. Sülh razılaşması olanda necə hərəkət edəcəyimizi müəyyən etməliyik”, – Kallas bildirib.

Qeyd edək ki, hazırda Rusiyanın 210 milyard avroluq suveren aktivləri Aİ tərəfindən bloklanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.