Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyası yaxın vaxtlarda Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək.

Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

“Tezliklə biz 12-ci sanksiyalar paketini təqdim edəcəyik. Siyahıya yeni əlavələrlə. İdxal və ixraca yeni qadağalar. Neftin tavan qiymətini sərtləşdirmək üçün tədbirlər”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Daha əvvəl “Politico” qəzeti Aİ diplomatlarına istinadən xəbər vermişdi ki, Avropa Komissiyası gələn həftə Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edəcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.