Avropa İttifaqı sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib edir

Avropa İttifaqı sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib etmək niyyətindədir.

Bunu Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin video formatda görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bəzi nazirlər sanksiya tətbiq edilməsinin tərəfdarı olublar.

“Seçki saxtakarlığı və güc tətbiq edilməsi faktlarına məhəl qoymaya bilmərik. Polşa saxtalaşdırma və güc tətbiq edilməsində iştirak edənlərə qarşı sanksiyaları dəstəkləyir. Aİ sanksiya tətbiq ediləcək şəxslərin siyahısı üzərində işləyəcək”, – deyə Polşa XİN başçısı bildirib.

Qeyd edək ki, bu gün Aİ ölkələrinin Xarici İşlər nazirlərinin fövqəladə videokonfransı keçirilib. Videokonfransda Belarusdakı vəziyyət və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S.Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 5 gündür davam edir. 7000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Seçkidə A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Şəhər Baş Polis İdarəsində kadr təyinatı olub

Sonrakı məqalə

Putin 7 dövlət başçısını görüşə çağırdı: