Avropa İttifaqı “Şimal axını” qaz kəmərlərinə qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində 20-dən çox bankın SWIFT-dən ayrılması və neft qiymətləri ilə bağlı “tavan”ın aşağı salınması təklifini müzakirə edir.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verib.

“Aİ 20-dən çox bankı SWIFT-dən kəsməyi, eləcə də neft qiymətlərindəki “tavanı” aşağı salmağı imkanını nəzərdən keçirir”, – deyə bildirilib.

Qeyd olunub ki, təkliflər arasında “Şimal axını” qaz kəmərlərinə qarşı sanksiyalar da var.

Rusiyadan neftin qiyməti üçün hazırda 60 dollar səviyyəsində müəyyən edilən “tavan”ın bir barel üçün 45 dollara endirilməsi təklif edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.