Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Avropa İttifaqı sosial şəbəkələrə qarşı sərt qaydalar tətbiq edəcək

User 25 Aprel 2022 - 08:05 (Last updated: 21 May 2025 - 20:15)
facebook

Avropa İttifaqı (Aİ) feysbuk, yutub və tviter kimi sosial platformaların məzmununun istifadəçilər üçün daha təhlükəsiz olmasını təmin edəcək qanunu qəbul etməyə hazırlaşır.

Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən “Rəqəmsal xidmətlər qanunu” ilə bağlı aparılan müzakirələr nəticəsində razılıq əldə edildiyi açıqlanıb.

Yeni qanunla sosial platformalara qarşı sərt qaydalar nəzərdə tutulur. Belə ki, onlayn platformaların qanunsuz və zərərli məzmuna görə məsuliyyəti artırılacaq. Platformalar sahib olduqları məzmuna ciddi nəzarət edəcəklər. Bu, real həyatda qeyri-qanuni qəbul edilənin internet resurslarında da qanunsuz qəbul olunması prinsipinə əsaslanacaq. İnternet istifadəçilərinin hüquqları daha yaxşı qorunacaq. Platformalar onlara bildirilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməli olacaqlar.

Qanuna əsasən, rəqəmsal platformalarda dezinformasiyanın qarşısı alınacaq və platformaların alqoritmlərinin şəffaflığı artırılacaq. Yetkinlik yaşına çatmayanlar onlayn rejimdə daha yaxşı qorunacaqlar. Yetkinlik yaşına çatmayanlara birbaşa reklam qadağan olunacaq. Qeyri-qanuni və ya zərərli məzmunun yayılmasında yaratdığı xüsusi risklərə görə onlayn platformalar əlavə məsuliyyət daşıyacaqlar.

Aİ-də 45 milyondan çox istifadəçisi olan əsas rəqəmsal platformalar və axtarış sistemləri daha sərt qaydalara əməl etməli olacaqlar. Bu rəqəmsal platformaların fəaliyyəti Aİ Komissiyası tərəfindən yoxlanılacaq. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Təkrar qayda pozuntuları aşkarlanarsa sözügedən rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.

Post navigation

Previous: ABŞ dövlət katibi və müdafiə naziri Ukraynaya gəlib
Next: Azərbaycan hərbi xərclərə görə dünyada beşinci yeri tutur –

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.