Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.
O, bu barədə “X” hesabında bildirib.
Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı kimi xarakterizə edən Koşta Bakı ilə münasibətləri gücləndirdiklərini qeyd edib.
Koştanın sözlərinə görə, Aİ A zərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahəsində əlaqələri daha da dərinləşdirməyə sadiqdir.
O, bu gün Bakıda Azərbaycan Prezidenti ilə görüşəcəyini də vurğulayıb.