Avropa İttifaqı Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır

hərbi yardım
Avropa İttifaqı

Avropa İttifaqı Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır

Avropa İttifaqı (Aİ) Macarıstana görə Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır.

AzPost bildirir ki, bu barədə “Politico” nəşri Aİ Şurasının sənəd layihəsinə istinadən yazıb.

Hərbi yardımın göstərilməsi təşəbbüsü əvvəlcə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas tərəfindən səsləndirilib. Lakin Macarıstanı bu tənzimləmə qane etməyib.

Məqalədə qeyd olunub ki, bütün Aİ ölkələrinə baxılmaq üçün təqdim olunan sənəddə artıq Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd yoxdur.

Qyd edək ki, Macarıstan Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardımla bağlı sənəd layihəsini bloklayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.