Məşhur “qanuni oğru” Türkiyədə qətlə yetirilib –FOTO

BEYLİKDÜZÜ’NDE BİR ŞAHIS, YAŞADIĞI SİTENİN OTOPARKINDA ARACININ İÇİNDE KAFASINA TABANCA İLE ATEŞ EDEREK İNTİHAR ETTİ. (MERT YILDIRIM – MURAT DELİCE/İSTANBUL-İHA) Beylikdüzü’nde bir şahıs, yaşadığı sitenin otoparkında aracının içinde kafasına tabanca ile ateş ederek intihar etti.

14 yanvar tarixində Türkiyənin Trabzon şəhərində kriminal dairələrdə “Rezo Tbiliski” kimi tanınan 64 yaşlı gürcü “qanuni oğru” Revaz Lortkipanidze Trabzonda güllələnib.

Azpost.info bildirir  ki, bu barədə “PrimeCrime” nəşri məlumat yayıb.

Məlumata əsasən, kriminal avtoriteti güllələyən dörd nəfər isti izlərlə saxlanılıb. İlk məlumata görə, onlar Türkiyəyə Bolqarıstandan daxil olublar.

Nəşr yazır ki, trabzonlu “oğrular” arasında əvvəllər məhkum olunmuş Rezo Lortkipanidze ən təcrübəli və hörmətli şəxslərdən biri sayılırdı.

Türk KİV-ləri  isə yazır ki, Trabzonda bir nəfərin avtomobildən açdığı atəş nəticəsində Revaz Lortkipanidze ağır yaralanıb. Təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Qanuni oğru”nun niyə qətlə yetirildiyi bu mərhələdə məlum deyil.

Əvvəlki məqalə

Nazir Vilayət Eyvazov şəhərdəki tıxaclarla bağlı tapşırıq verdi

Sonrakı məqalə

Avropa İttifaqı Zəngəzur sərhədinə 100 nəfərlik missiya göndərmək istəyir