Avropa İttifaqı Ərdoğana cavab verdi:“Miqrantlar üçün 5,6 milyard avronu Türkiyəyə ödəmişik"

Avropa İttifaqı miqrasiya böhranı ilə bağlı Türkiyəyə ayırdığı 6 milyard avro puldan artıq 5,6 milyard avronu verib.

Azpost.info bildirir ki, bu barədə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto bəyan edib. “Qalan məblığ tezliklə ödəniləcək”- deyə o vurğulayıb.

Berto deyib ki, Brussel Türkiyə ilə imzaladığı sazişə sadiqdir.

Xatırladaq ki, sentyabrın 5-də Ərdoğan Qərbin vəd etdiyi yardımı verməyəcəyi təqdirdə Avropa İttifaqını suriyalı qaçqınlar üçün sərhədləri açacağı ilə hədələyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir