Avropa İttifaqında nə qədər işsiz var?

May ayında Avrozonada işsizlik səviyyəsi artıb.

Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada aprel ayında 6,2 faiz olan işsizlik səviyyəsi mayda 6,3 faizə yüksəlib. Avropa İttifaqında isə apreldə 5,9 faiz təşkil edən işsizlik səviyyəsi mayda dəyişməyərək sabit qalıb.

May ayında Avropa İttifaqında işsizlərin sayı 13 milyon 52 min nəfər təşkil edib ki, onların da 10 milyon 830 mini Avrozonadadır. Yaşı 25-dək olan işsizlərin sayı Aİ-də 2 milyon 864 min, Avrozonada 2 milyon 281 min təşkil edib. Gənclər arasında işsizlik səviyyəsi isə Aİ-də 14,8 faiz, Avrozonada 14,4 faiz olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.