Avropa İttifaqında Rusiyanın “Sputnik” vaksinindən istifadəyə rəsmi icazə verildi

10 Fevral 2021 - 21:01

Avropa Dərman Agentliyi Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciəti rəsmi olaraq qəbul edib.

“Euronews” telekanalı xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun müraciəti yanvarın 29-da Agentliyə daxil olub.

Fondun rəhbəri Kirill Dmitriyev dərmanın Avropa İttifaqına yay aylarından əvvəl verilə bilməyəcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropa İttifaqına vaksinlərin tədarükü yalnız Rusiyadakı vaksinasiya kampaniyası başa çatandan sonra təşkil ediləcək və peyvənd etmək istəyən hər kəs bundan istifadə edə biləcək.

Qeyd edək ki, Rusiyada vaksinasiya artıq iki ay əvvəl başlayıb.

Serbiyada da peyvənd kampaniyası tam sürətlə davam edir, Belqradda “Sputnik V” ilə yanaşı, mövcud bütün vaksinlər, o cümlədən “Pfizer/BioNTECH” və Çinin “Sinovac” preparatların istifadə edilməsinə qərar verilib.

İrana “Sputnik V” vaksininin ilk partiyası ötən şənbə günü gətirilib, vaksinasiya paytaxtla yanaşı, bir neçə böyük şəhərdə aparılır.