Avropa İttifaqının diplomatik missiyası Polşadan Kiyevə qayıdır

Avropa İttifaqı (Aİ) diplomatik missiyasını Kiyevə qaytarır.

Azpost.info xəbər verir ki, bunu Kiyevə dünənki səfərindən sonra Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. “Bu səfərlə Avropa İttifaqı Kiyevə qayıtmış olur. Nümayəndə heyətimizin rəhbəri buraya qayıdıb ki, biz Ukrayna hakimiyyəti ilə birbaşa və yaxından işləyə bilək”, – Borrel deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra diplomatik missiya Polşanın Rzeşov şəhərinə köçürülmüşdü.

Azpost.info

Əvvəlki məqalə

Putin və Paşinyan telefonda Qarabağı müzakirə edib

Sonrakı məqalə

Prezident Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb