Avropa Komissiyası Gürcüstanla Avropa İttifaqına qəbulla bağlı danışıqlara başlamaqdan imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qurum Tbilisidən siyasi kursunun dəyişdirməsini tələb edib.
“Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaqdan imtina edib. Bu barədə bəyanat Avropa Komissiyasının Brüsseldə dərc edilmiş namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair illik hesabatında yer alıb”, – məlumatda deyilir.
O da qeyd olunur ki, əgər Gürcüstan öz kursunu dəyişməsə, bu onun Aİ-yə gedən yolunu sarsıdacaq.
Azpost.info