Avropa liderləri Zelenskini ABŞ-a qarşı ehtiyatlı olmağa çağırıblar. Çünki o, Kremllə danışıqlarda Ukraynaya və Avropaya xəyanət edə bilər.
AzPost bildirir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşr Florida danışıqlarından sonra Avropa liderləri arasında baş tutan söhbətin transkriptinə istinad edir. Söhbətdə Makron, Merz, Stubb, Tusk, Meloni, Rutte, Ursula fon der Leyen və başqaları yer alıb.
Söhbətdə Makron Vaşinqtonun ərazi məsələsinə müdaxilə edə və Ukraynanın təhlükəsizlik zəmanətlərini rədd edə biləcəyi barədə xəbərdarlıq edib.
Finlandiya prezidenti Stubb öz növbəsində əlavə edib ki, Zelenski Kuşner və Vittkoffla tək qalmamalıdır. Merz isə Ukrayna prezidentinin yaxın günlərdə ehtiyatlı olmalı olduğunu vurğulayıb: “Çünki ABŞ həm sizinlə, həm də bizimlə oynayır”.