Avropa Liqası:"Qarabağ" İslandiya klubunu darmadağın etdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.