Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Reqilon 1/8 final mərhələsinin dünənki matçlarının ən yaxşısı seçilib.
“Roma” ilə görüşdə (2:0) bir qol vuran futbolçu digər namizədləri arxada qoyub.
Qeyd edək ki, bu ada digər namizədlər Rui Patrisio (“Vulverhempton”), Yonas Vind (“Kopenhagen”) və Junior Moraesdir (“Şaxtyor”) idi.