Avropa Məhkəməsi 4 azərbaycanlı ilə bağlı qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilən altı şikayət üzrə üç qərarını elan edib. Onlardan biri müxalif fəallarla bağlıdır.

Hüquqşünas Xalid Ağalıyevin bildirməsinə görə, dörd müxalif fəalın ərizələri ilə bağlı birgə qərarda azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb.

Söhbət AXCP fəallarından Cabbar SavalanlıMurad Ədilov, Müsavat başqanının müavini Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlidən gedir. Hökumət Sirac, Fərəc Kərimli qardaşlarına 20 min (əlavə 3 min hüquq xərc), M.Ədilova 10 min (əlavə 2 min hüququ xərc) C.Savalanlı işində 10 min avro mənəvi zərər əvəzi ödəyəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.