Şimali Avropa ölkələri müharibə vəziyyətində birgə təxliyyə planları hazırlayır.
Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi məlumat verib.
Planlara nəqliyyatın koordinasiyası, sərhəd nəzarəti, səyahət marşrutları və əhalinin təxliyəsi üçün digər mexanizmlər daxil olacaq. Almaniya, Polşa, İsveç, Norveç, Finlandiya, Danimarka, İslandiya və Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litva təşəbbüsdə iştirak edirlər.
Hakimiyyət orqanları qeyd edir ki, qərar Ukraynadakı müharibə təcrübəsi əsasında qəbul edilib. Bu təcrübə hərbi təhdidlər zamanı mülki şəxslərin kütləvi təxliyəsinə əvvəlcədən hazırlaşmağın zəruriliyini nümayiş etdirib.