Avropa Parlamenti də Rusiyanın xarici aktivlərini müsadirə etməyə çağırıb

Avropa Parlamentindəki ən böyük partiya olan Avropa Xalq Partiyası ABŞ-da analoji qərardan sonra Aİ ölkələrini Rusiyanın xarici aktivlərini müsadirə etməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə partiyanın Avropa Parlamentində müvafiq məsələ ilə bağlı müzakirələr ərəfəsində yazdığı məktubda deyilir.

“Cəsarətli qərar qəbul etməyin və Rusiyanın dondurulmuş 300 milyard avroluq aktivlərinin hamısını müsadirə etməyin vaxtı çatıb”, – Avropa Xalq Partiyası bildirib.

Partiya üzvlərinin fikrincə, Avropa İttifaqı yaxın gələcəkdə Rusiyanın dondurulmuş xarici aktivlərinin 20 milyard dollarını müsadirə etmək mexanizmini həyata keçirmək niyyətində olan ABŞ-dan nümunə götürməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” –

Sonrakı məqalə

Azad olunmuş Xankəndidə ilk körpə dünyaya gəlib