Avropa Parlamenti İvanişviliyə sanksiya tətbiq etməyi tələb edir –Qətnamə

Avropa Parlamenti Gürcüstanda söz azadlığının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

Azpost.info xəbər verir ki, sənəddə hakim “Gürcü arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi tələb edilir.

İvanişvilinin Kremlə bağlı olan və Gürcüstanda dağıdıcı rol oynayan oliqarx kimi təsvir edildiyi qətnamənin lehinə 308, əeyhinə 218 deputat səs verib. Avropa Parlamentinin qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır.

Qərarları Avropa Komissiyası qəbul edir. Müvafiq qərarın qəbulunda Fransanın (İvanişvilinin ikili vətəndaşlığı var – Gürcüstan, Fransa) mövqeyi həlledici olacaq.

Azpost.info

Əvvəlki məqalə

Ölüm hökmünü tətbiq edən ölkələr –

Sonrakı məqalə

Azərbaycanın mini-futbol komandası yarımfinala çıxdı –