Ölüm hökmünü tətbiq edən ölkələr –“Amnesty International” açıqladı

Cinayətkar
Cinayətkar

2021-ci ilin sonuna qədər dünya ölkələrinin üçdə ikisindən çoxu ölüm hökmünü ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə “Amnesty International” məlumat yayıb.

“108-i qanunvericilik səviyyəsində tamamilə ləğv edib, 36 ölkə məhdudlaşdırıb və ya təcrübədə tətbiq etmir, 55 ölkədə isə ölüm cəzası icrasını davam etdirir. 2021-ci ildə bu cəza 579 nəfərə tətbiq edilib. Ölüm hokum ən çox Çin, İran, Misir, Səudiyyə Ərəbistanı və Suriyada icra edilib”, – “Amnesty International” bildirir.

Təşkilatın hesabatına Şimali Koreya və Vyetnamla bağlı rəqəmlər daxil edilməyib. Buna səbəb kimi bu ölkələrlə bağlı səhih məlumatlara çıxışın olmaması göstərilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.