Avropa Parlamenti Rusiya məhsullarına əlavə rusumları təsdiq edib

Avropa Parlamentinin üzvləri Rusiya və Belarusdan gələn gübrələrə və kənd təsərrüfatı məhsullarına əlavə rüsumların tətbiqi ilə bağlı Avropa Komissiyasının təklifini təsdiqləyib.

AzPost bildirir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

Kənd təsərrüfatı məhsulları üzrə dərəcə hazırda qüvvədə olan rüsumdan əlavə onların gömrük dəyərinin 50 faizini təşkil edəcək. Bu dərəcələr şəkər, sirkə, un və heyvan yeminə şamil olunacaq.

AP mətbuat xidməti qeyd edib ki, Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına rüsumların artırılmasının məqsədi Avropa İttifaqının bu iki ölkədən asılılığını daha da azaltmaqdır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.