Avropa Parlamentindən Ukraynaya görə Rusiyaya qarşı şok qətnamə –"Müharibə olsa neft idxalı dayandırılacaq, oliqarx hesabları dondurulacaq"

Avropa Parlamenti Rusiyanın Ukrayna ərazisinə təcavüz edəcəyi təqdirdə, Avropa İttifaqının (Aİ) atacağı addımlara dair qətnamə qəbul edib.

“Vesti.ru”nun xəbərinə görə, sənəddə bildirilir ki, Aİ ölkələri belə bir addım atılacağı təqdirdə, Rusiyadan neft və qazın idxalını dayandırmalıdır.

Bundan əlavə, Rusiyanın “SWIFT” vahid ödəniş sistemindən xaric olunması, habelə Rusiya hakimiyyətinə yaxın oliqarxlar və onların ailələrinə məxsus aktivlərin dondurulması və onların ittifaq ərazisinə buraxılmaması tövsiyə edilir.

Qətnamədə Aİ-nin Rusiya energetikasından asılılığını azaltmaq üçün “Şimal axını-2” qaz kəmərinin və “Rosatom”la mübahisəli atom elektrik stansiyalarının tikintisinin dayandırılması istənilir.  

Qətnamədə Rusiya qoşunlarını Donbassdan çıxarmağa, Krım və Sevastopolu Ukraynanın nəzarətinə qaytarmağa, Azov dənizi limanlarına beynəlxalq boğazlar vasitəsilə üzmə və tranzitə təminat verməyə, Minsk razılaşmalarının icrasına, “Normandiya prosesi”ndə aktiv iştiraka, bütün bunlarla yanaşı, həm də müxalif siyasi fəal Aleksey Navalnının azad edilməsinə çağırılır.

Sənəddə Çexiyadakı silah anbarının partladılması məsələsi də yer alıb. Qətnamədə göstərilir ki, hadisənin məsuliyyəti bütövlükdə Rusiya xüsusi xidmət orqanlarının üzərindədir. Aİ-yə üzv dövlətlər Rusiya diplomatlarını öz ərazisindən çıxarmağa çağırılır.

Sənədin lehinə 548, əleyhinə 25 avroparlamentari səs verib, 113 nəfər bitərəf qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrov Ermənistan və Azərbaycana səfər edəcək –

Sonrakı məqalə

Magistraturaya qəbul üzrə müsabiqə şərtləri açıqlandı –