Avropa Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşır- Orban

Avropa Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır və hərbi yönümlü iqtisadiyyat formalaşdırır.

Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının rəsmi mövqeyi 2030-cu ilə qədər müharibəyə hazır olmaqdır və bu məqsədlə hərbi iqtisadiyyat yaradılır.

Orban qeyd edib ki, Aİ ölkələri avtomobil istehsalını silah və zirehli texnika buraxılışına yönəltməyə başlayıblar.

O vurğulayıb ki, hərbi genişlənmənin dörd mərhələsi var.

“Birinci mərhələ – diplomatik əlaqələrin kəsilməsi və bu artıq baş verib. İkinci mərhələ – iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılması. Üçüncü mərhələ – çağırış sisteminin tətbiqi və hərbi iqtisadiyyata keçid, hazırda həm biz, həm də Brüssel bu mərhələdəyik. Dördüncü mərhələ isə birbaşa toqquşma mərhələsidir”, – deyə Orban bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.