Avropa İttifaqı Rusiyadan neft, qaz və kömür almaqdan tədricən imtina edəcək.
Azpost.info bildirir ki, bu barədə Röyter Aİ-nin Versalda sammiti üçün hazırlanmış Bəyənnaməyə istinadən məlumat yayıb.
“Artan qeyri-sabitliklə, strateji rəqabət və təhdidlərlə üzləşdiyimizə görə biz öz təhlükəsizlyimiz, Avropanın suverenliyinin möhkəmləndirilməsi ilə bağlı qəti addımlar atmaq üçün 2030-cu ilə qədər inkişafın və sərmayələrin yeni modelini işləyib hazırlamaq məsuliyyətini özərimizə götürməyi qərara alırıq”- deyə Bəyannamədə vurğulanıb.