Avropa Rusiyaya qaz pulunu rublla ödəməkdən imtina etdi

 G7 ölkələri Rusiyanın enerji resurslarının pulunun rublla ödənilməsi tələbi ilə razılaşmayıb.

Azpost.info bildirir ki, bu sözləri  Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

“Böyük yeddiliyin” bütün nazirləri yekdilliklə bildirdilər ki, bu, müqavilənin birtərəfli pozulmasıdır. Onlar vurğuladılar ki, bağlanan müqavilələr etibarlıdır və cəlb olunmuş müəssisələr ona sadiq qalacaqlar. Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir. Zərər çəkən müəssisələri Rusiyanın tələblərinə əməl etməməyə çağırıblar” -siyasətçi bildirib.

Habek Rusiyanın təklifini Qərb ölkələrini “parçalamaq” cəhdi kimi qiymətləndirib. Nazir vurğulayıb ki, Qərb dövlətlərinin arasında parçalanmanın qarşısını almaq üçün “vahidlik və qətiyyət var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.