Avropa son illərin ən isti qışını yaşadı- “Aljazeera”

“2022-2023-ün qışı Avropa üçün ən isti qış olub”.

Azpost.info xəbər verir ki, bu barədə “Aljazeera” Kopernik iqlim xidmətinə istinadən yazıb.

Araşdırmaya görə, yanvar və fevral ayları arasında orta temperatur orta göstəricidən 1,4 dərəcə isti olub.

Ən yüksək temperatur Avropada dekabrın sonu və yanvarın əvvəlində qeydə alınıb. Fransadan Macarıstana qədər isti hava şəraiti hökm sürüb.

İsveçrənin Altdorf şəhərində temperatur 19,2 dərəcə yüksələrək 1864-cü ilin rekordunu yeniləyib. Bəzi yerlərdə qar yağmadığı üçün xizək kurortları bağlanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.