Avropa Şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

29 May 2021 - 11:04

Ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə Avropa Şurasının binasının ön hissəsində Azərbaycanın üçrəngli bayrağı nümayiş olunub.

Azərbaycan bayrağı proyektorlarla Avropa Şurasının binası önündə əks etdirilib.

Gecənin zülmətinə qovuşan bina üçrəngli bayrağımızın rəngləri ilə işqlandırılıb. Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız bu il Respublika Gününü xüsusi əhval-ruhiyyədə müxtəlif formalarda qeyd ediblər. Müxtəlif ölkələrdə Azərbaycanın üçrəngli bayrağı ən yüksək nöqtələrdə və insanların sıx olduqları yerlərdə nümayiş olunub.

Respublika Günü münasibətilə təşkil edilmiş bayram tədbirlərində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.